Sadə rulet resepti

Tərkibi:
2 yumurta
1/2 st şəkər tozu
1/2 st un
vanil

Hazırlanması:

Yumurtaları mikserlə qarışdırıb ,üzərinə şəkər tozunu töküb qarışdırmağa davam edirik. Daha sonra unu ( vanili) az-az əlavə edib qarışdırırıq (miksersiz). Bişirmə kağızı sərilmiş soba qabına yayıb,175′-də bişirib ( çox tez bişir vaxtında götürməyib çox bişirsəz bərk olacaq və rulet formasında bükmək mümkün olmayacaq), isti-isti rulet kimi büküb ,soyuduruq. İstənilən kremlə arasını kremləyirik.

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol