Bahalı toy klipi ilə gündəmi zəbt edən Aysel-Oktay cütlüyü ilə bağlı şok açıqlama – VİDEO + FOTO

Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel və kürəkəni Oktay barədə yayılan xəbər artıq bir neçə gündür ki, oxunma rekordları qırır.

Onların lüks toy mərasimləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bahalı həyat tərzi sürən gəncləri tənqid edənlər də, onları müdafiə edənlər də var.

Aysel ilə Oktayın “Love Story” və toy fotolarını çəkmiş fotoqraf Həmidli Həmid “LuxLife” saytına açıqlamasında bildirib ki, cütlük haqqında yayılan xəbərlərin heç də hamısı həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Aysel ilə Oktay daim yardıma ehtiyacı olan insanlara əl uzatmaqları ilə seçilib.

“Onlar haqqında bu cür söz-söhbətlərin yayılması doğru deyil. Aysel ilə Oktayı əvvəllər sadəcə müştəri kimi tanıyırdım. Lakin sonralar daha yaxından tanıdıqca necə yaxşı insanlar olduğunu gördüm və münasibətlərimiz müştəri münasibətlərindən dostluq münasibətlərinə keçdi. İndiki halda onlar yayılan söz-söhbətlə bağlı açıqlama vermirlər. Düşünürəm ki, susmağın özü də bir müdriklikdir. İnşallah bu söz-söhbət sona çatacaq və onların bir-birinə qarşı olan sevgiləri hər şeyə qalib gələcək”, – deyə o qeyd edib.

LuxLife.Az

{youtube}8HLMNte3PH8{/youtube}

8fe53b85-6480-47f8-bf69-0026b196b3b7.jpg

7c9752ad-3787-46b1-bb31-ad890e902c44.jpg

6ed980fb-3598-48c5-86be-a385d1407cf1.jpg

 

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol