Şakira özünə aşiq etdiyi gənc futbolçudan danışdı:”O ya mənimdir, ya da heç kimin”

Dünya şöhərtli müğənni Şakira Jerar Pike ilə tanışlığından danışıb.
Luxlife.az xarici mətbuata istinadən xəbər verir ki, müğənni bu yaxınlarda çıxan “Me Enamoré” (Vurulmuşam) adlı mahnısını sevgilisi Jerar Pikeyə həsr edib. Bu barədə Şakiranın mətbuat nümayəndəsi bildirib.
Müğənninin sözlərinə görə, o, bu görüşə hazır deyildi, hər şey qəfildən baş verib: “Səninlə qarşılaşdıqdan sonra həyatım yenidən başladı və mənim itirməyə heç nəyim yox idi”.
Şakira kompozisiyada hətta ilk görüşdə nə geyindiyini təfərrüatına qədər təsvir edib. O, zolaqlı top geyindiyini xatırladıb. Şakira mahnıda Pikenin ondan yaşca 10 il kiçik olmasına eyham vurmadan keçməyib:”Sən hələ lap uşaqsan, ancaq mən özümlə bacara bilmirəm”.
Yeri gəlmişkən, Şakira müsahibələrinin birində çox gözəl rəqs etdiyini qəbul edib və bunun sayəsində kişilərin diqqətini cəlb etdiyini bildirib. Görünür, ulduz bu, gizli silahı ilə Pikeni də ovsunlaya bilib.
Mahnıda cütlüyün bir-iki qədəh moxito içdiyi və sonra bütün gecəni rəqs etdiklərindən, həmçinin oğlanın qıza kompliment deməsindən də danışılır. Şakira da öz növbəsində Pikenin mavi gölərinə heyran olduğunu xüsusilə vurğulayıb.
Ulduz ispaniyalı futbolçuya elə vurulub ki, ilk görüşdən sonra ailə həyatı haqqında düşünməyə başlayıb: “Mən səndən on uşaq dünyaya gətirmək istərdim, biz ikidən başlayaq?”.
Cütlüyün Milan və Saşa adında iki oğlu var. Kompozisiyanın finalında da belə sevgi etirafı səslənir: “O ya mənimdir, ya da heç kimin”.
Şakiranın Pikedən 10 yaş böyük olması onlar arasında yeganə fərq deyil. Ulduz cütlük arasındakı boy fərqi də kəskin dərəcədə nəzərə çarpır. Pikenin boyu 1.94 sm, Şakira isə 1.55 sm-dir.
Daha bir maraqlı məqam isə hər ikisinin fevralın 2-də dünyaya gəlməsidir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol