Əli ilə Nazın bəy-gəlin fotoları yayıldı, dava düşdü

Star TV”də yayımlanan “Zuhal Topalla” izdivaç verilişində namizəd olan azərbaycanlı Əli Əkbər və Naz Milanın bəy-gəlin fotoları yayılıb.

Luxlife.az-ın məlumatına görə, Əli şəkillərin nümayiş olunmasına əsəbiləşib. O, bunda Nazı günahlandırıb:

“Bu fotoları Naz yayıb. Amma çəkdirəndə mənə söz vermişdi ki, ancaq məndə qalacaq. Belə bir şey arzuladı, mən də onun istəyini gerçəkləşdirmək istədim. Şəkilləri niyə veriliş rəhbərliyinə verib? Çox maraqlıdır, Naz niyə belə bir şey etdi? Mənə söz vermişdi ki, ancaq özündə qalacaq. Bu şərtlə razılaşmışdım. Deyirdi ki, xəyalım səninlə bəy-gəlin libasında fotolarımızın olmasıdır. Bu, sadəcə bir fotosessiya idi”.

Naz isə bu fotoların onun xahişi ilə lentə alındığını söyləyib:

“Bir gəlinlik kirayə götürdük, toy məkanlarından birinə getdik. Bəy kostyumunu Əliyə mən hədiyyə etdim. Söz vermişdim ki, şəkilləri yaymayacam, heç kim bilməyəcək. Amma mən, bəzən verdiyim sözü poza bilərəm. Mən onun üçün dəyərli olmasaydım, bununla razılaşmazdı. İstədim ki, aramızda olanları hamı görsün”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol