Nigar Eldar haqda: “Vəzifəli şəxslər onu çağıranda…”

“Eurovision 2011” qalibi Nigar Camal duet ortağı Eldar Qasımovdan danışıb.

Luxlife.az-ın məlumatına görə, müğənni “Gəlin danışaq” verilişində həmkarını inadkar adlandırıb:

“İnsanlar deyir ki, o özünü ulduz kimi aparır. Sadəcə o, çox fərqlidir. Yaxın insanların yanında çox səmimi olur. Eldara fərq etmir, milyonçusan, ya kasıb… Hamıyla eyni rəftar edir. Əgər o nəyisə etməyi düşünürsə, ona heç kim mane ola bilməz. Eldara həm varlı, həm kasıb, həm böyük vəzifəli adam zəng edə bilər. Onu vəzifəli adam çağırsa da, istəməsə, getməyəcək”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol