Nazirlik: “Dövlət işsizlər üçün 15 mln. manat ayırdı, amma…

Bizə iş üçün müraciət edənlərin əksəriyyəti SOCAR-da işləmək istəyir. Onların bəzilərinə başqa iş göstərib deyirik ki, gedin orada işləyin. SOCAR-dan daha çox maaş verilir, razılaşmırlar”.

Luxlife.az xəbər verir ki, bunu “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin təşkil etdiyi “Azərbaycanda əhalinin məşğulluq səviyyəsinin artırılması” adlı konfransda çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Elçin Səlimov deyib.

E.Səlimovun sözlərinə görə, dövlətin işsizlərə ayırdığı müavinət onlara çatmır: “Ötən il bizə işsizlərə müavinət verilməsi üçün 15 mln. manat ayrılmışdır. Amma bu çatmadı. Onun artırılmasına ehtiyac var. Bu baxımdan bəzi tənqidləri qəbul edirəm”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol