iPhone 8”in kamerası görünməz olacaq

“Apple”ın yeni “iPhone 8” smartfonu unikal – görünməz kamera ilə təchiz ediləcək.

Lxlife.az lent.az-a istinadən xəbər verir ki, kamera cihazın arxa panelində yerləşəcək.

Məlum olub ki, “iPhone 8” “Home” sensor düyməli böyük displeyə malik olacaq. Hazırda “Apple” səkkizinci “iPhone”un əsas prototiplərinin sınaqlarını keçirir. Smartfonun displeyin arxasında gizlədilmiş selfi kamerasına da malik olacağı bildirilir.

Şirkət hələ ki “iPhone 8″in texniki xüsusiyyətləri barədə məlumat vermir. Hələlik ancaq o dəqiqdir ki, iOS əməliyyat sisteminin yenilənmiş versiyası smartfonla birlikdə təqdim ediləcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol