Facebook” 30 min səhifəni sildi

“Facebook” sosial şəbəkəsi Fransadakı prezident seçkiləri öncəsi yalan (“fake”) məlumatlar yayan 30 minə yaxın səhifəni bağlayıb.

Luxlife.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə “fake”ləri ayırmaq üçün avtomatlaşdırılmış mexanizmlər tətbiq edir. “Son təkmilləşdirmələr bütün saxta səhifələrin silinməsinə gətirib çıxarmasa da, biz nəticələrin daimi olaraq yüksəlməsinə çalışırıq”, – deyə “Facebook”un texniki meneceri Şabnem Şayk bildirib.

Şirkət etibarsız saytların müəyyənləşdirilməsi üçün təlimatlar əks olunmuş reklam elanları da hazırlayır.

Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkilərinin ilk turu keçiriləcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol