Kilsə homoseksuallardan üzr istəyəcək

Şotlandiya kilsəsi “diskriminasiyanın uzun tarixi”nə görə homoseksuallardan üzr istəmək niyyətindədir.
Bu haqda “The Herald” nəşri yazıb.

Üzrxahlıq qətnaməsinə may ayında Şotlandiya kilsəsinin Baş məclisi tərəfindən baxılacaq.
Kilsəni bu addıma ən nüfuzlu dindarlar çağırıblar. Şotlandiya kilsəsinin nüfuzlu ilahiyyatçılarından biri olan Yen Torrens bundan başqa, bircinslilərin məcburi nikah mərasimi haqqında məsələyə baxmağa çağırıb.
Şotlandiya kilsəsi 2016-cı ildə İngiltərə kilsəsinin tərkibinə daxil olub. İki kilsə arasında homoseksual münasibətlərlə bağlı əhəmiyyətli fikir ayrılıqları var. İngiltərə kilsəsi keşişlər arasında homoseksual nikahlara xeyir-dua vermir. Amma ötən il Şotlandiya kilsəsi öz ruhanilərinə bircinsli nikahlara daxil olmağa icazə verib.

Luxlife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol