Mətanət Əlverdiyeva: “Oğlum uşaqlı qadınla evlənsə, qəbul edərəm”

 

Aparıcı Mətanət Əliverdiyeva ondan küsən müğənnilərdən bəhs edib.

Luxlife.az-ın məlumatına görə, aparıcı “Gəlin danışaq” proqramında deyib ki, açıq danışdığı üçün bir çoxlarının xoşuna gəlmir:

“Bəzi kişi müğənnilər məndən incidi. Üzlərinə səhvlərini dediyim üçün xətirlərinə dəydi. Reklam fasiləsində mənə incidiklərini dedilər. Durub verilişi tərk edəcəklərini söyləyəndə, mən də dedim buyurun gedin. Guya ki, bunlar doğulandan sənətkardır. Keçmişlərini unudublar. Sənətkar ayrı bir şeydir”.

M.Əliverdiyeva övladlarından danışıb. O, oğulları evlənəndə onlardan ayrı qalacağını söyləyib:

“Onlara və gəlinlərimə azadlıq verəcəm. Mən onların seçimlərinə qarışmayacam. Oğlum uşaqlı biriylə də evlənsə qəbul edəcəm. Bu, onun həyatıdır”.

LuxLife.Az

{youtube}_r4Xne0mPu4{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol