Bakının ən gözəl qızı sərgi keçirdi – FOTOLAR

“Miss Baku” və “Miss lafarella” müsabiqələrinin qalibi olan model Elvira Elvee həm də istedadlı rəssamdır.

LuxLife.Az saytı xəbər verir ki, bu günlərdə Elviranın Bakıda fərdi sərgisi baş tutub.

Elvira hələ iki yaşıdan rəsmlər çəkməyə başlayıb. Üç il öncə isə müxtəlif sərgilərdə iştirak edib. Ötən həfə Bakıda baş tutan “Mood” adlı sərgidə isə fərdi ekspozisiyalarını nümayiş etdirib.

“Sərgiyə üç il əvvəl hazırlığa başlamışam və adını təsadüfəm “Mood” qoymamışam. İngilis dilindən tərcümədə bu söz əhval-ruhiyyə anlamına gəlir. Sərgidə təqdim olunan əsərlərlə öz əhvalımı, rəsm çəkərkən keçirdiyim sevinc hissini bölüşmək istədim. Mənə elə gəlir ki, göstərə bildim”, – deyə Elvira mətbuata açıqlamasında bildirib.

Elvira hələlik özünü bütün janrlarda kəşf etdiyini və öyrənməyə çalışdığını söyləyib və bildirib ki, indi daha çox peyzaj və abstrackt janrlarda çəkmək ona çox marağlı gəlir.

Bakı gözəli Elvira Elveenin fərdi sərgisindən hazırlanmış fotoreportajı təqdim edirik.

LuxLife.Az

{gallery}elvira{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol