“Facebook” yeni mobil proqram istifadəyə verdi

“Facebook” sosial şəbəkəsi iş yerində yazışmalar üçün “Work Chat” mobil proqramını istifadəyə verib.

Xidmət “Slack” korporativ messencerinə alternativ olaraq nəzərdə tutulub. “Android” mobil əməliyyat sistemi üçün “Work Chat” versiyasını, artıq “Google Play” internet mağazasından əldə etmək mümkündür. “iOS” üçün mobil proqram daha sonra istifadəyə veriləcək. “Work Chat” messenceri mətn mesajları, şəkil və videomateriallarla, həmçinin fərdi və ya qrup çatlarında sənədlərlə paylaşmağa imkan verir. Proqramda kontakt siyahısının əvəzinə əməkdaşların kataloqu istifadə olunur.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol