Min dərdin dərmanı bağayarpağı – İltihabəleyhinə ən güclü vasitə

Bağayarpağı Yer kürəsinə yayılmış 200-ə yaxın bitkidir. Onların çoxu alaq otudur.
Bitkinin Azərbaycanda 14 növü yayılmışdır, bunlardan təbabətdə istifadə olunur. Bitki kimi Azərbaycanın bütün rayonlarında bitir.
Bitki iltihab əleyhinə və antiseptik təsir göstərir, bronx vəzilərinin sekresiyasını artırır, bəlğəmi yumşaldaraq tənəffüs yollarından evakuasiyasını asanlaşdırır. Şirəsinin xora əleyhinə və mədə sekresiyasını artırmaq xüsusiyyəti vardır. Kəskin və xroniki laringit, bronxit, bronxial astma, xroniki qastrit, mədə və onikibarmaq bağırsağın normal və ya sekresiyanın azalması ilə müşayiət olunan xora xəstəliyində, xroniki enterit, kolitdə təyin olunur. Bağayarpağı elmi təbabətdə öskürəyə qarşı istifadə olunan preparatların tərkibinə daxil edilib. Tərkibində “aukubin” adlanan qlikozid, polisaaxaridlər, flavonoidlər, aşı madddələri, alkaloidlərin izi, fitonsidlər, acı maddələri, karotin, askarbin turşusu və s. vardır.
Bitkidən istifadəyə gəldikdə 10 qram xammalın üzərinə 200 ml. (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəqiqə dəmlənir, otaq temperaturunda soyudulur, süzülür və üzərinə əvvəlki həcmə çatana qədər qaynadılmış su əlavə edilir. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir.

Luxlife.az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol