Kök uşaqların valideynləri, cərimələnə bilərsiniz

Uşaqları kök olan valideynlər cərimələnəcək. Bəli, düz oxudunuz. Qəribə səslənsə də, Puerto-Rikoda yaxın zamanlara belə bir qanun qəbul olunacaq.
Məsələ burasındadır ki, Puerto-Rikoda azyaşlı uşaqlar arasında piylənmə problemi günü gündən nəzarətdən çıxır.
Luxlife.az xəbər verir ki, buna səbəb isə onların texnoloji üsullarla hazırlanmış qida məhsulları, şəkərli içkilər qəbul etməsi, eyni zamanda, günün əksər hissəsini televizor, kompyuter qarşısında keçirmələridir. Məhz buna görə də, hökümət çıxış yolu olaraq qanun layihəsi hazırlayaraq parlamentə təqdim edib.
Qanun layihəsinə əsasən artıq çəkili uşaqlara görə onların valideynləri 800 dollar cərimə ödəyəcəklər. Təbii ki, cərimədən əvvəl valideynlər xəbərdar olunacaq və onlara övladlarını artıq çəkidən xilas etmələri üçün 6 ay vaxt qoyulacaq.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol