Sumqayıt Batumi ilə rəqabət istiqamətində ikinci addımı atdı – VİDEO

Sumqayıt şəhəri Qafqazın ən iri turizm şəhəri olmaq istiqamətində əmin addmlarla irəliləyir.

Ötən il Sumqayıtın dəniz kənarında gözəl bulvar açılıb. Bu ildən etirabarən isə dəniz kənarından turizm obyektlərinin artırılması istiqamətində işlər həyata keçirilir.

Ötən gün Sumqayıt şəhərində növbəti otelin açılış mərasimi keçirilib. Corat qəsəbəsində, dənizin bir neçə metrliyində inşa olunan “Regnum” otel və restoranın açılışına Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, icra başçısının müavinləri, idarə və müəssisə rəhbərləri, şəhərin ictimaiyyət nümayəndələri, ziyalılar və jurnalistlər qatılıblar. Mərasimdə sabiq icra başçısı Şakir Abuşov da iştirak edib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov otelin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. Sonra Z.Fərəcov çıxış edərək Sumqayıtda son vaxtlarda turizm sahəsində görülən işlərdən danışıb və gələcəkdə də şəhərin bu potensialının yüksəldilməsi istiqamətində tədbirlər görüləcəyini vurğulayıb. Ardınca hotel rəhbərliyi tərəfindən qonaqlara böyük ziyafət təşkil olunub.

Qeyd edək ki, 3 mərtəbəli “Regnum” otel 28 otaqdan ibarətdir. Otaqların sahəsi 40-45 kv.metrdir. Nömrələrin 7-si tvin, 21-i isə dabldır. 14 otaq dəniz mənzərəlidir. Binanın 1-ci mərtəbəsində restoran, banket zalı və konfrans otağı var. Nömrələrin qiyməti mənzərəsinə və sahəsinə görə 40-60 manat arasında dəyişir. Bu qiymətə səhər yeməyi də daxildir.

Xatırladaq ki,”Regnum” cari ildə Sumqayıtda fəaliyyətə başlayan artıq 2-ci otel olub. Digər – “Sumgayit Plaza Hotel” isə şəhərin mərkəzində Sülh küçəsində yerləşir.

LuxLife.Az

{gallery}regnum{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol