“Coca-Cola” Bakı sakininə maşın hədiyyə etdi – FOTO

“Coca-Cola” şirkətinin Yeni il aksiyası çərçivəsində keçirilən uduş kampaniyasının ikinci qalibi müəyyənləşib. Bu, Bakı şəhər sakini Kazım Musayev olub ki, o, “Volkswagen Polo” avtomobili qazanıb.

Uduş kampaniyası çərçivəsində keçirilən mükafatlandırma mərasimində çıxış edən Kazım Musayev “Coca-Cola” şirkətinə bayram ərəfəsində bu cür möhtəşəm fürsət yaratdığına görə minnətdarlığını bildirib. Bu kimi aksiyada ilk dəfə iştirak etdiyini qeyd edən xoşbəxt qalib belə bir dəyərli hədiyyəyə – yeni avtomobilə sahib olmasının ikiqat sevindirici olduğunu vurğulayıb: “Ailəmiz “Coca-Cola” məhsullarını çox sevir və hər zaman susuzluğumuzu yatırmaq üçün bu içkilərdən istifadə edirik. Oğlum qapağın altındakı kodu qablaşdırmanın üzərində qeyd olunmuş qısa nömrəyə göndərməyi və bununla uduş kampaniyasında iştirak etməyi təklif etdi. Və o, tamamilə haqlı idi! Nəticədə “Volkswagen Polo” qazandıq ki, məhz bu avtomobil vasitəsilə digər arzularımızı həyata keçirməyi planlaşdırırıq. Sevincimizin həddi-hüdudu yoxdur! Hər kəsi qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm və “Coca-Cola”nın bayram aksiyasında uğurla iştirak etməyi arzulayıram”, – deyə Kazım bəy bildirib. 

Öz növbəsində çıxış edən “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel qalibi təbrik edərək qeyd edib ki, “Coca-Cola”nın keçirdiyi hər növbəti Yeni il aksiyası daha irimiqyaslı olmaqla milyonlarla insana xoşbəxtlik bəxş edir və əsl bayram ab-havası yaradır: “Yeni il aksiyamız çərçivəsində avtomobil qazanan ikinci qalib müəyyənləşdi. Kazım bəyi bir daha təbrik edirəm və Azərbaycanda yaşayan hər kəsi bayram aksiyasının iştirakçısı olmağa, qarşıdakı həftələrdə oynanılacaq 8 avtomobildən birini udmaq şansını qaçırmamağa dəvət edirəm”.

Sözügedən aksiya ənənəvi olaraq Yeni il bayramının ab-havasının daha da zənginləşdirilməsi və xoş əhval-ruhiyyənin paylaşılması məqsədi daşıyır. Kampaniya çərçivəsində cari ilin noyabr ayının 2-dən gələn ilin yanvar ayının 6-dək 2 və ya 2,5 litrlik “Coca-Cola” və ya “Fanta Portağal”, yaxud 2 litrlik “Sprite” alan hər kəs avtomobil udmaq şansını qazanacaq. “Coca-Cola”, “Fanta Portağal” və ya “Sprite”ın qızılı qapağının altındakı unikal kodu istənilən mobil rabitə operatorunun şəbəkəsi vasitəsilə 7676 nömrəsinə pulsuz SMS göndərərək hər bir şəxs uduş kampaniyasında iştirak haqqı qazanır. Kampaniya müddəti ərzində hər həftənin çərşənbə günü keçiriləcək lotereyada “Volkswagen Polo” avtomobili qazanmaq şansı yaranır. Bundan başqa, kampaniya iştirakçıları 100 minlərlə 1 litrlik “Coca-Cola” qazana bilərlər.

LuxLife.Az

{gallery}cc{/gallery}

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol