Aparıcının maşınının şüşəsini çilik-çilik etdilər

Teleaparıcı Samir Bayramlının maşınına hücum ediblər.

Luxlife.az qafqazinfo-ya istinadən xəbər verir ki,aparıcı bu barədə sosial şəbəkədə məlumat yayıb.

O bildirib ki, heç nə oğurlanmasa da, maşına ziyan dəyib:

“Günümü belə açdım. İlk dəfədir ki, başıma belə iş gəlir. Maşını saxlayırsan, səhər gəlirsən ki,belə bir mənzərə. Düzdür, heç nə oğurlanmayıb. Oğru ya çatdırmayıb, ya da bilmirəm…Problem gələndə üst-üstə gəlir”.

Samir belə hadisələrin tez-tez baş verdiyini nəzərə alaraq izləyicilərinə ehtiyatlı olmağı tövsiyə edib.

2017-04-23-19-28-28hucummashin.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol