İnstagram çökdü – TƏCİLİ – YENİLƏNİB

İnstagram sosial şəbəkəsində problem yaşanır.

22:25

Bu dəqiqələrdə İnstagram sosial şəbəkəsinin fəaliyyəti Azərbaycan ərazisində bərpa olunub. Lakin şəbəkə bir sıra ölkələrdə hələ də açılmır. Şəbəkə administrasiyası problemin tezliklə aradan qaldırılacağını vəd edir. 

22:20

İnstagram sosial şəbəkəsində problemlərin nə səbəbdən yarandığı hələ ki, məlum deyil. Sosial şəbəkənin texniki işçiləri problemin aradan qaldırılması istiqamətində iş aparırlar. LuxLife.Az xəbər verir ki, bu barədə techcrunch.com saytı məlumat yayıb. Sosial şəbəkə administrasiyası tezliklə problmin aradan qalxacağını vəd edir. Lakin artıq bir saata yaxın bir müddətdir ki, sosial şəbəkənin yüklənməsində problem hələ də davam edir. 

21:56

LuxLife.Az xəbər verir ki, artıq yarım saatdan çoxdur ki, sosial şəbəkənin yüklənməsində çətinlik yaşanır. İnstagramda heç bir səhifə və profil yüklənmir.

Mobil telefonlarda tətbiqlərində sosial şəbəkənin səhifələri yüklənmir. Brauzer vasitəsi ilə “5xx Server Error” adlı yalnış görünür.

Xatırladaq ki, sosial şəbəkədəki problemlər tək Azərbaycan ərazisində deyil. Sayta müxtəlif proksi serverləri vasitəsi ilə başqa ölkələrin ərazilərindən də daxil olmağa çalışdıq. Amma bu zaman da sayt yüklənmədi.

LuxLife.Az

18136620 219699868516971 1751594099 n 1

18136620 219699868516971 1751594099 n

sdgsdfhr43435tgsf

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol