Alişanın yeni sevgilisi kimdir? – FOTO

Müğənni Alişanın sirr kimi saxladığı sevgilisinin kimliyi üzə çıxıb.

LuxLife.Az bildirir ki, o, aparıcı Esra Erolun bacısı Eda ilə münasibətdə imiş. Onları Esra Erol və Ece Erken tanış edib.

Cütlük iki gün əvvəl “Qalatasaray” – “Fənərbağça” futbol derbisini izləmək üçün stadiona gediblər. Alişan oyundan foto paylaşaraq “Uğurlu başladı” yazıb.

Alişan Eda ilə sevgili olması barədə “Nə deyim, heç bir şey gizli qalmır” deyib, Eda Erol isə “Xəbər doğrudur” şəklində münasibətlərini təsdiqləyib.

LuxLife.Az

{gallery}ali{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol