Səməd Səmədov min dollara pişik aldı

Xalq artisti Səməd Səmədov özünə min dollara pişik alıb.

Luxlife.az-ın məlumatına görə, müğənni bu haqda “Show time” verilişində deyib.

O bildirib ki, pişiyi Moskvadan alıb:

“İt ilindənəm. Heyvanları sevirəm. İndi onlara bağban qulluq edir. İtlərim məni qocalmağa qoymur. Onlarla dəniz kənarında qaçır, tərləyirəm”.

S.Səmədov Rusiyada yaşayan oğlundan danışıb:

“Oğlum bizneslə məşğuldur. Üç qız övladı var. Dördüncü qızı yoldadır, yaxın günlərdə doğulacaq”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol