Bunun üçün 20 min tələb edirlər” – İlham Qasımov

Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən “CinemaPlus” və “Park Cinema” kinoteatr şəbəkələri və onların nəzdindəki distributor şirkətləri arasında qalmaqalın yaranması barədə xəbər yayılmışdı.

Luxlife.az-ın məlumatına görə, bu dəfə rejissor İlham Qasımov məsələyə münasibət bildirib.

O, “ATV maqazin onlarla” verilişinə açıqlamasında deyib ki, bu qərar onların film çəkməsinə mane olur:

“Bu vəziyyətdən xəbəri olan ilk insanlardan biri idim. Biz filmin ilin sonunda təqdim etmək üçün, fevraldan ssenari yazmalı idik. Gözlədim ki, münaqişə bitsin, amma bitmir. Birdən-birə bizim üçün kinoteatrlar ortadan bölündü, zalların sayı iki dəfə azaldı. Filmə gərək yüz min xərcləyəsən ki, onu geri götürəsən. İndiki şərtlə o pulu qazana bilmərik. Ucuz film də çəkmək tamaşaçının zövqünü korlamaq deməkdir. Haqsız vəziyət yaranıb. Filmi çəkirsən, satışın 50 faizini kinoteatr götürür. Hələ üstəlik səndən 20 min tələb edir ki, filmi yayaq. Azərbaycanda filmi kinoetartlara yaymaq üçün 40 dəqiqə vaxt lazımdır. İndi görün bunlar nələr edir”.

İ.Qasımov bundan sonra aktyoruluq etməyəcəyini söyləyib:

“Rejissor aktyor İlhama icazə vermir. Aktyorluğumdan xoşum gəlmir”

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol