Ərdağon məşhur Azərbaycanlı milyarder haqqında bu sözləri dedi

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan “Reuters”ə müsahibə verib.

LuxLife.Az-ın məlumatına görə, prezident ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab haqqında da danışıb:

“Mayda ABŞ səfərimdə prezident Trampla ikili münasibətlər, Suriya, İraq, terrorla mübarizə mövzularını müzakirə edəcəyik. Eyni zamanda Rza Zərrab barədə də danışacağıq. Zərrab atamın oğlu deyil, amma mənim bir vətəndaşımdır. Bir günahı varsa, sənədləri Ədliyyə Nazirliyinə dərhal çatdırılmalıdır. Yoxsa bir şeylər uydurulub həbs ediblərsə, o zanan vətəndaşına sahib çıxa bilməyən ölkə oluruq.

“Halk Bank”ın müdir köməkçisi Hakan bəy indiyə qədər ABŞ-a 7 dəfə gedib-gəlib. Hər hansı problem olmadığı halda son anda onun da saxlanılması qərəzli addımların atıldığını göstərir”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol