Yalnız uşaq üçün seks sonsuzluğa səbəb olur

Mütəxəssislər valideyn olmaq istəyən cütlüklərə xəbərdarlıq edir. Əgər uşaq sahibi olmaq istəyirsinizsə, bir çox davranışlardan uzaq durmalısınız.

Ekoloji toksinlər

Ekoloji toksinlərdən uzaqlaşmaq istəyirsinizsə, evinizdəki toksik məhsullardan xilas olun. Yumşaq plastiklər əvəzinə təbii maddələr istifadə edin. Plastik qablarda olan “bisfenol AN” maddəsi sperma keyfiyyətini aşağı salır və cinsi funksiyaya təsir edir.

Yalnız uşaq üçün sekslə məşğul olmaq

Bütün araşdırmalar yalnız uşaq olması məqsədilə sekslə məşğul olmanın əks təsir yarada biləcəyini sübut edir. Hamilə qalmaq üçün yumurtlama dövrünü əsas götürmək əvəzinə nizamlı olaraq cinsi əlaqəyə girmək lazımdır. Bu şəkildə spermanın təsiri artır. Yumurtlama dövrü xaricində nizamlı olaraq sekslə məşğul olan cütlüklər daha məhsuldar olur.

Həddən çox steroid istifadəsi

İdmanda performansınızı artırmaq üçün steroid istifadə etdikdə bədən daha az testosteron istehsal edir, testislər kiçilir və sperma sayı azalır.

Spirt

Həddindən artıq spirtli içki qəbulu və narkotik maddə istifadəsi kişilərə mənfi təsir edir. Yenicə aparılan araşdırmadan biri sübut edib ki, spirtli içki qəbul edən kişilərin sperma keyfiyyəti daha aşağı olur.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol