Məşhur teleaparıcı geri döndü: Bu dəfə başqa simada – FOTOLAR

Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib.

O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq.

Hətta, şou-biznesin bir neçə üzvü həmin məkanın xidmətlərindən istifadə edib.

Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir.

Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi.

S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.

LuxLife.Az

{gallery}samire{/gallery}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol