Xəlil Rza Ulutürkün “Rus” şeiri

Türkiyə ərazisində Rusiyaya məxsus bombardmançı təyyarənin vurulmasından sonra iki ölkə arasında gərginlik yaşanmaqdadır.

Bu gərginlik Azərbaycan cəmiyyətinə də sirayət edib. Bəzi şəxslərin “Türkiyə Rusiyadan üzr istəməlidir” deyə açıqlaması cəmiyyətdə qəzəblə qarşılanıb. Hətta xalq şairi Zəlimxan Yaqubun “Türk yağıdan üzr istəməz” şeiri sosial şəbəkələrdə sürətlə yayılmağa başlayıb. Belə bir məqamda ölməz sənətkarımız Xəlil Rza Ulutürkün “Rus” şeiri də yada düşür. İctimai əhəmiyyətini nəzərə alaraq həmin şeiri yayımlayırıq. Güman edirik ki, “Türkiyə üzr istəməlidir” deyənlər bu şeiri oxuduqdan sonra bəlkə bir az da olsa utanc hissi keçirdilər.

“Rus” şeiri

Mən bu şeiri yazmağı xeyli

yubandırmışam

Azı dörd əsr öncə… vaxtkən

yazaydım gərək

Onda qarlı Sibiri,

Al günəşli Qafqazı,

Dünyalar gülüstanı –

Turanı, Türküstanı,

Çörəkli Ukraynanı

Şən Belarusiyanı,

Moldovanı, Krımı,

Vilnüsü, Praqanı,

Tallin ilə Riqanı

Qamarlayıb udmağa macal

tapmamışdı rus –

O dəyyus oğlu dəyyus.

Cüt başlı əjdahadır –

Quyruğu Kamçatkada,

caynaqları Arazda.

Yandıracaqdı ərşi,

Yaşasaydı bir az da.

Gəbərmişdir deyirlər,

qırmızı imperiya.

İnanımmı buna mən?

Gəbərmişsə, o gürzə,

Bəs kimlərdi “Sadval”ı

üstümüzə qısqırdan?

Bəs kimlərdi “Vesti”dən

Aləmə yalan yayan?

Kimlərdi Kəlbəcərə

cəhənnəm kimi girən,

Zəhərlənmiş ölümü

Topa, tanka döndərən!

Rus deyilsə, kimdi bəs

Göytəpəyə, Şuşaya alov,

atəş ələyən?

Mesxeti türklərini

Al qanına bələyən!

Gəbərmişdir, deyirlər.

Gəbərmişsə kimdi bəs bu

qanlı viranədə,

Oş ilə Fərqanədə

Özbəkistan türkünü

Qırğızıstan Türkünü

salışdıran, qırdıran?

Bir cüt əkiz qardaşın

arasını vurduran,

Özü gendə, yan duran?!

Bircə millətin deyil, bütün

bəşəriyyətin

Qartımış düşmənidir ağzı qanlı u quduz – Rus.

Elbrus əzəmətli Şeyx Şamilin qatili,

Cəsur Ənvər paşanın,

Cavad xanın qatili,

Rus – dünyanın mitili.

Min-min düyünün, dağın,

Arxipelaq “Qulaq”ın,

Cəhənnəmin memarı,

Ağızlar zəhrimarı,

Aclıq, qan hökmdarı,

Süngüsü oddan iti, soyuq gözləri bumbuz – Rus.

Puşkin idi yaxşısı,

– Smiris, Kafkaz, Yermalov idet.

Böylə yazdı idiot.

Lermontovdu yaxşısı,

Şeir yazan əlində durur hələ bu gün də

Qanlı Çeçenistanın,

Topla, tankla girdiyi neçə

bağın bostanın.

Dərisini, gönünü tanıyıb bəşəriyyət.

Suçsuzları susursa,

Susanlara min lənət!

Məni addımbaaddım

Pusanlara min lənət!

O kimdir, əqrəb yatır yenə

qafa tasında?

Kreml mağarasında qıvrılan

qoca marşal

Yevgeni Şapoşnikov

Ov axtarır yenə, ov!

Mən hayqırdım,

Dağıldı Lefortovo zindanı.

İndi yaraqlandırır

İndi ayaqlandırır üstümüzə

Tehranı.

Dar gözünün içinə tüpür,

ya nifrətlə bax!

Bax, gör barı zərrəcə

utanırmı o yolsuz?

Adam deyil, rusdu, rus.

Allah Xəlil Rza Ulutürkə rəhmət eləsin.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol