Günayın keçmiş əri zindana düşdü

Aktyor Tolqa Karel göz altına alınıb.

LuxLife.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddətdir ABŞ-da yaşayan aktyor bu gün Çikaqodan İstanbula qayıdarkən Atatürk hava limanında saxlanılıb.

Pasportu yoxlanılan Tolqanın bir il əvvəl baş verən davada şahid qismində ifadə vermədiyi məlum olub. Ondan məhkəməyə gəlmək tələb olunsa da, lakin Karel prosesdə iştirak etməyib.

Jurnalistlərə açıqlama verən aktyor heç bir problemin olmadığını, ölkə xaricində olduğu üçün ifadə verə bilmədiyini bildirib: “İfadəmi almaq üçün məhkəməyə aparırlar”.

Qeyd edək ki, Tolqanın azəbaycanlı model Günay Musayevadan Cihangir adlı bir övladı var. Karel və Musayeva 2015-ci ildə boşanıb.

2016-cı ildə ABŞ-da Sarah Skottla evlənən Karelin bir həftə əvvəl daha bir övladı olub.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol