Mələk: “Gələcəkdə böyük səhnələri fəth etməyi düşünürəm” – FOTO

“LuxLife” gənc müğənni Mələyin müsahibəsini təqdim edir. 

– Mələk xanım, futbola marağınız var?

– Güclü azarkeşəm, desəm, yalan olar. Xeyr (gülür).

– Bilirsiniz, niyə görə bu sualla başladım? Braziliyalı futbolçulara “topla doğulanlar” deyirlər. Siz də səhnə üçünmü doğuldunuz?

– Bəli, mən məhz səhnə üçün doğuldum. Çünki mənim oxumağa həvəsim çox kiçik yaşlarımdan başladı… 

– Bu yaşa dolandan sonra nə baş verdi?

– Bu sahəyə maraq göstərdiyim üçün Konservatoriyaya daxil oldum. Oranı bitiridikdən sonra müstəqil olaraq fəaliyyətə başladım. 

– Valideynlərinizin sizin bu peşəni seçməyinizə münaisbəti necə oldu?

– Əvvəl razı deyildilər, amma sonradan valideynlərimi yola gətirdim (gülür).

– Artıq neçə ildir səhnədəsiniz?

– Yeni başlayıram, ilk addımlarımdır. Uğurlu olar, inşallah…

– Bəs oxumağın “daş”ını nə vaxt atmaq fikrindəsiniz?

– Bu barədə düşünmək fikrim yoxdur. İndi yalnız gələcək barədə düşünürəm. 

– Gələcək sizə nə vəd edir?

– Gələcəkdə böyük səhnələri fəth etməyi düşünürəm. Gələcək mənim arzularımın reallaşacağını deyir…

– Arzular demişkən, heç ümid “basdırmısınız”?

– Ümidlərimin “öldüyü”məqam olub, amma mübarizə aparmışam. Ümiddən yeni ümidlər doğur…

– Ailə quracağınız insan sizə desə ki, “oxuma”, onda nə edəcəksiniz?

– Mən bu kimi amilləri nəzərə alaraq sənətə gəlmişəm. 

– Mələksiniz, yoxsa şeytan?

– Qarşımdakı insana bağlıdır…

– Sizin səsinizin Röyanın səsinə oxşar olduğunu deyənlər var. Buna münasibətiniz necədir?

– Bəli, səsimizin Röya xanımla bənzərliyini deyənlər çoxdur. Mənim Röya xanıma hörmətim böyükdür. Lakin səsimi kiminsə səsinə bənzətmirəm. Mən Röya xanımın mahnılarını da, klassikanı da, rus, xarici estradanı da, bir sözlə, bütün dünya ölkələrinin müsiqilərini dinləyirəm. 

– İlk mahnınız “Bədəl” oldu. Növbəti mahnınız kimdəndir?

– Düz qeyd elədiniz, ilk mahnım “Bədəl”, növbəti isə Elnar Xəlilovla “Yağ ey yağış” adlı duet oldu. O da dinləyicilər tərəfindən kifayət qədər sevildi. Qeyd edim ki, həmin mahının musiqisi və sözləri Elnar Xəlilova, oranjemanı isə Rüstəm Qurbanova aiddir. 

– Bundan sonra kiminləsə duet oxumaq fikriniz var?

– İnşallah, gələcəkdə gözəl mahnı olarsa, niyə də olmasın, bəli, mümkündür..!

Cavidan Abdullayev

LuxLife.Az

{youtube}jc6EBYnxUD4{/youtube}

{youtube}7-HFq3X94hk{/youtube}

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol