Qızları məşhurluqda atalarını geridə qoydular – fotolar

Aktyor Silvestr Stalloni qızları və xanımı ilə Nyu-Yorkda təşkil olunan “Harper’s Bazaar” jurnalının gecəsinə qatılıb.

Luxlife.az-ın xarici KİV-ə istinadən məlumatına görə, tədbirdə aktyorun qızları 20 yaşlı Sofi, 18 yaşlı Sistin və 14 yaşlı Skarletin diqqət mərkəzində olublar.

Xatırladaq ki, bir müddət əvvəl jurnalın may nömrəsi üçün qızlar müxtəlif geyimlərdə kameralar qarşısına keçib.

Lakin, bu, onların ilk işi deyil. Sistin bir neçə dəfə məşhur brendlərin siması olub. O, hətta, “Chanel” və “Dolce & Gabbana” kimi brend markalarla müqavilə imzalayıb.

Qızlara bu işdə ataları da böyük dəstəkdir.

showpic_el100 (1).jpg

 

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol