Bir gecədə milyonçu oldular

Fransanın Dijon şəhərindən olan ailə “EuroMillions” lotoreyasında supercekpotu udaraq 2,5 avroluq bilet müqabilində 83,4 milyon avro qazanıb.

Luxlife.az “Ria.ru”ya istinadən xəbər verir ki, hadisə aprelin 11-də olsa da, mediaya informasiya bu gün sızıb.

Alənin uduş şansı 116 milyonda 1 olsa da, bu onların külli miqdarda pul qazanmasına mane olmayıb.

Ümumiyyətlə, 2004-cü ildən fəaliyyətə başlayan “EuroMillions” lotoreyasında, bu, 6-cı belə haldır.

Qalib gələn ailə öz adını açıqlamaq və uduşla bağlı gələcək planları barədə məlumat vermək istəməyib. Lakin bildirilir ki, onlar milyonçu olsalar da, amma səhər tezdən durub işə getməkdən vaz keçməyəcəklər.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol