Bu il yerli şou-biznesdə nələr olacaq? – EKSRASENSLƏ MÜSAHİBƏ

Tanınmış ektrasens Lamiyə “LuxLife” saytına müsahibə verib. O, 2015-ci ildə Azərbaycan şou-biznesində nələrin baş verəcəyi barədə proqnozlarını açıqlayıb. 

Lamiyə xanım, 2015-ci ildə  ildə yerli şou-biznes nümayəndələrini nələr gözləyir? Nələr baş verəcək?

– Aygün Kazımova çoxdandır nəzərdə tutduğu iş üçün hazırlıqlar görür. Ondan imtina etməsin. Həmin iş alınacaq, amma bir az səbrli olsun. Sağlamlığı ilə bağlı gemeopata və fitoterapevtə müraciət etsə, yaxşı olar. Rəqasanə üçün zahirən hər şey sakit görsənir, amma vəziyyət elə də təhlükəsiz deyil. Hədsiz dərəcədə hər şeyə inanması və sadəlöhvlüyü ona xeyir gətirməyəcək. İfratçılıqdan qaçsın. Damarlarında soyuqdəyməsi var. Bir də psioxogenik xəstəliyə meyilliliyi var. Bunun kəskin hal almaması üçün müalicə görüməlidir. Çünki çoxlu psixoloji travmalar alıb. Yaşar Cəlilovun özündən yaşca böyük bir qadınla eşq macərası yaşadığını görürəm, lakin bu, evliliklə nəticələnməyəcək. Güclü cadusu var, onu təmizlətdirməsə, işlərində mütəmadi olaraq problemlər yaranmağa başlayacaq. Pul itkisi olacaq. Qadin tərəfindən aldadılacaq. Bir də onu üçün çox vacib bir səyahət gözlənilir. Nadir Qafarzadəyə qarşı paxıllıq edir və quyusunu qazırlar. Tez nəzərə gəlir, çünki özünü nümayiş etdirməyi sevir. İşi ilə bağlı hansısa gizli əlaqələr yaratmaq istəyəcək. Bu, xarici ölkələrlə bağlı olan planlardır. Amma yenə də konfilikt və söz-söhbətlərdən qaça bilməyəcək. Xarici ölkəyə bağlı hansısa bir müqavilə imzalayacaq və bu da öz müsbət nəticəsini verəcək. Məsləhət görürəm ki, əsəb sistemini qorusun. Energetik cəhətdən güclü olması üçün immunitetinin zəifləməsinin də qarşısını alır. Nazəninlə Təranə Qumral arasında yaşanan gərginlik davam edəcək.Ən azından deyə bilərəm ki, bir-birinə güzəştə getəməyəcklər.

– Siz bir müddət öncə demişdiniz ki, bir-biri ilə küsülü olan Günay İbrahimli və Təranə Səmədova tezliklə barışacaq. Həqiqətən də, dediyinizdə çox zaman keçmədi ki, onlar barışdılar. Eyni zamanda, müsahibələrinizin birində vurğulamışdınız ki, insan alveri ilə məşğul olan bir neçə şou-biznes nümayəndəsi məsuliyyətə cəlb olunacaq. Konkret olaraq, ad çəkməmişdiniz. Amma son zamanlar gündəmə gələməyə can atan  Maral Tahirqızının da adı bu işdə hallandı. Bu barədə nə deyə bilərsiniz? 

– Onu deyə bilərəm ki, Maral Tahirqızı üçün məhkəmə işi görünür. Dilinin  bəlasına düşə bilər. Ağzını bərk saxlasa, yaxşı olar. Bu məsələlərlə bağlı həyatında çətinliklər gəlib gedəcək.Amma çıxış yolu da var.Məhkəmə prosesi davam edəcək….

– Konkret olaraq desək, onun qadın alverində əli olduğunu görürsünüz?

İnsan alverinə qarşı xüsusi cinayət idarəsi, xüsusi orqanlar bu məsələyə aydınlıq gətirəcəklər.Onu da deyim ki çox üzdə olan insanlar  bu məsələlərlə bağlı məsuliyyətə cəlb olunacaqlar.

– Lamiyə xanım, son zamanlar gündəmi “zəbt” edən məsələlərdən biri də müğənni Aytac Vidadiqızı və Afaq Aslan arasında olan münnaqişə və mübarizədir… Sizcə, bu mübarizə nəyə görəədir?

– Aytac Vidadiqızını tanıyıram, amma Afaq Aslanı yox… 

– O da müğənnidir…

– … (düşünür). Belə görürəm ki, onların arasında olan insident sənətlə bağlı deyil, şəxsi zəmində olan bir münaqişədir.

– Aytac Vidadiqızının anası KİV-ə açıqlamasında demişdi ki, Afaq Aslanı məhkəməyə verəcəyik.

–  Xeyir, məhkəmə söhbəti olmayacaq. Ara sakitləşəcək. Amma aralarındakı soyuqluq davam edəcək. Kiçik bir “qığılcım” aranın yenidən qızışmasına gətirib çıxarda bilər. 

– Belə insidentlərdən biri də Lalə Məmmədova və Lamiyə Novruzova arasında yaşandı. Məsələ burasındadır ki, Lamiyə Novruzova atasının ölümündə Lalə Məmmədovanı günahkar bilir. Bu barədə fikirləniz maraqlıdır…

– Əvvəla, Lamiyə Novruzovanın atasının ölümü ilə Lalə Məmmədovanın heç bir əlaqəsi yoxdur. Amma hər iki tərəfin valideynləri  arasında əvvəldən bir soyuqluq olub.Məsələnin kökü də bundan qaynaqlanır.Məsələlər var ki onları demək istəmirəm öz aralarında həll etsinlər ictimailəşməsini istəmirəm.

Lamiyənin ailəsinə cadu olunub. Amma bu cadu atasının ölümü üçün olunan bir cadu olmayıb.Mübarizədən çəkinsin özü uduzacaq.Məhkəmə məsələsi ortaya çıxa bilər.

 Lalə Məmmədovaya da cadu edilib ama qan qohumu tərəfdən deyil.Kimdirsə, ailəyə yaxın biri olub. Bundan başqa ağlına gətirmədiyi bir sənətçi dostu da onun paxıllığını çəkir, onu “yıxmaq” istəyir. 

– Bəs nəticə necə olacaq, iki müğənni arasında olan bu “soyuq müharibə” hələ də davam edəcək?

– İndi Lamiyə Novruzova Lalə Məmmədovaya qarşı çox aqressivdir. Çünki atasının ölümündə Laləni günahkar bilir.Lalə özü indi çaşqınlıq içindədir. Bütün səyrlərini ortaya qoyub aranı sakitləşdirmək  və bu soyuqluğa son qoymaq istəyir amma alınmayacaq.

– Maraqlı bir mövzü da var… Oksana Rəsulova və Elşad Xose bir neçə ay ailəli oldular. Çox keçmədi ki, boşandılar. Hələ də onlar haqqında gəzən söhbətlər səngimək bilmir. Kimisi dedi ki, saxta bir evlilik idi, kimisi dedi ki, Oksana hələ də Elşadı sevir, kimisi də deyir ki, onlar yenidən barışacaqlar və s. Səslənən bu fikir və fərziyyələrə sizin də bir aydınlıq gətirməyiniz yerinə düşər. 

Bu evlilik çox gedə bilməzdi. Çünki yalan üzərində qurulan bir evlilik olub. İki tərəfdən birinin mənafeyi naminə qurulan bir ailə həyatı olduğunu görürəm Daha çox da Elşad Xose üçün görürəm. O, müəyyən işlərini ört-bastır etmək üçün bu evliliyə imza atıb. Oksana onu ölümə bərabər olan bir bəladan qurtarıb. O ki, qaldı Oksananın Elşadı hələ də sevməyinə, xeyir, onun ürəyinədə Elşada qarşı heç bir hiss yoxdur, bundan sonra da olmayacaq.

– Deməli, bu “sevda” baş tutmayacaq, deyirsiniz…

– Bəli, onlar heç bir zaman bir yerdə olmayacaqlar. Hər şey bitib…Ama dost kimi münasibət davam edəcək.

– Bəs Elşadın aqibəti barədə nə demək mümkündür?

– Elşad Xosenin bir neçə ildən sonra ayaqlarının tutulacağını görürəm. Hərəkət etmək üçün çox çətinlik çəkəcək.Səhətiylə bağlı ciddi problemləri yaranacaq.Hardasa 9-10 ilin içində.Öz sağlamlığına fikir versin hətta xəstəliyin əlamətləri özünü biruzə verməsə belə.Qanında tromblaşma gedə bilər.Orqanizmində funksional pozuntu var.

– İflic olacaq?

– Təxmini elə bir şey olacaq. Bir sözlə, qollarında və ayaqlarında tutulmalar baş verəcək. Hərəkətsiz hala düşəcək. Günü-gündən dala düşəcək.Çox narahatçılıq və əsəbiliyə meyillidi.Mədəsiylə bağlı problemi var.

– Bəs Oksana?..

– Oksananın uğurları artdıqca-artacaq, lakin ehtiyatlı olsun. Aksana hər şeyi bir anda qura və yıxa bilən gucə sahibdir.Məqsədinə çatmaq üçün hər bir şeyi itirə bilər hətta kimlərinsə üstündən keçə də bilər hətta keçib də.Həyatında çox çətinlikləri olub göz yaşı görürəm.Ama buna baxmayaraq söz söhbət və intriqalardan heç də geri qalmır, çəkinmir.Yaxında çox böyük uğur qazanacaq amma bu xarici ölkəylə əlaqəlidir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol