Ekstrasens Lamiyə: “Bu dövrdə evlənənlər bədbəxt olacaq”

“Astrologiyada Venara sevgi və sevgi münasibətlərini təmsil edir. Venera retroqrad zamanı sevgi həyatəna neqativ təsir edir, hissləri dondurur və münasibətlərin inkişafına mane olur. Venaranın retroqrad dövrü 2015-ci il 26 iyul tarixindən başlayır və 5 sentyabr tarixinə qədər davam edir. Bu ərəfədə yeni tanışlıqlar üçün üçün uğursuzdur. Çünki başlanan yeni sevgi münasibətləri və tanışlıqlar uzun müddətli və möhkəm olmur. Yeni görüşlər üçün uğursuzdur”.

Bu sözləri “LuxLife”-a açıqlamasında Tanınmış ekstrasens Lamiyə bildirib. 

Onun sözlərinə görə, nişan toy üçün çox uğursuz vaxtdır. Münasibətlər dağılacaq. Veneranın retroqrad dövrü sevgi məsələlərində çətinliklər və eləcə də dostlar arasında anlaşmazlıqlar yaranır. Nə vaxtsa ayrılmış adamların yenidən görüşmək  imkanı yaranır.

“Kosmetik əməliyyatlar və kosmetik prosedurlara başlamaq məsləhət görülmür. Qiymətli bəzək əşyaları, bahalı geyimlər və kosmetikalar almaq olmaz. Retroqrad zamanı borc pul götürmək və ya bankdan kredit götürmək üçün uğursuzdur. Bank işçiləri bu ərəfədə müqavilə imzalamaqdan qaçmalıdırlar. Retroqrad Venera zamanı köhnə borclar qaytarıla və ya bonus qazana bilərsiz”, – deyə o əlavə edib. 

Ekstrasens Lamiyə bildirib ki, 25 iluy 2015-ci il tarixində retroqrad Venera şir bürcünə keçib. Və şir bürcündə olarkən retroqrad Venera eqoist hissləri yüksəldir, hissləri yerindən oynadır. Bu vaxtı münasibətlərdə mübarizə gərginləşir, hakim mövqə tutma və liderlik vəziyyəti üstünlük təşkil edir. Msünasibətlərdə hərənin öz mənafeini güdməsi və diqqətsizlik ciddi konfliktlərə gətirib çıxara bilər. Eləcə də keçmiş əlaqələrin bərpası mümkündür.

“Merkuri Mars və Veneranın retroqrad dövrü qısadır. Ancaq onlar bizim üçün çox vacibdir. Onların geriyə hərəkətini əsasən biz yaxşı hiss edirik. Bu planetlərin geriyə hərəkəti hal-əhvala, həm xasiyyətə həm hadisələrə həm də ən xırdadan tutmuş bizim üçün vacib olan şeylərə qədər təsir edir”, – o vurğulayıb. 

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol