Cadu ilə gözdəymənin fərqi – Ekstrasens Lamiyə izah edir

Tanınmış ekstrasens Lamiyə “LuxLife” saytına müsahibə verərək cadu ilə gözdəymənin fərqlərini izah edib. Həmin müsahibəni təqdim edirik. 

– Caduyla gözdəymənin fərqi nədədir?

– Caduyla gözdəymə  onunla fərqlənir ki, o rituallı deyil. Energetik güclü olan insanlar tərəfindən olur. Bu emosiyaların pik nöqtəsində əmələ gəlir. Məsələn, söyüş zamanı, söz-söhbət, dava dalaş və s.

– Lamiyə xanım bəs caduyla gözdəymənin əlamətini necə ayırd etmək olar?

– Gözdəymənin əlamətləri cadunu əlamətlərinə çox oxşardır. İlk növbədə cadu və gözdəymə insanın sağlamlığına təsir edir. İnsan nə qədər yatsa da yuxusuz qalır, hətta uzun müddətli istirahətdən sonra  onun gücü bərpa olunmur. İnsanda davamlı olaraq yuxusuzluq və başgicəllənmə əmələ gəlir. O həmişə halsız, əzilmiş və sınmış olur. Ürək çatışmazlığı təzyiqin düşməsi və s. Belə insan hər kəsə əsəbləşir əsas da özünə, ona görə ki, öz vəziyyətini başa sala bilmir. Hər zaman daxili narahatlıq və gərginlik içində olur. Orqanizmində başa düşülməyən ağrılar və öz-özünə əmələ gələn nəfəskəsilmələr olur. Günəş kələfində (yəni 3-cü çakrada) yanğılar əmələ gəlir və qəfil yiurnsan gözlənilmədən içə və ya çəkə bilər. Güclü gözdəymədə hər zaman başgicəllənmə lər və göz qaralmaları olur.

– Bəs lənət (qarğış) haqqında nə deyə bilərsiz?

– İlk dəfə qarğışı şeytan və onun əsgərləri edib.Söyüş isə bəd ruhlarla və cinlərin sevimli kəliməsidir.Lənət, qarğış uzaq və yaxın məsafədən söz, səs, baxış vasitəsilə insanın energetikasına vurulan çox ağır, ciddi və çətin aradan qaldırılan magik əməldir.Onun nəticəsi nəsildən-nəsilə və ailə üzvlərinə keçə bilər.Lənət illər keçdikcə daha da güclənir.

– Caduyla lənətin fərqi nədədir? Açıqlamanından belə başa düşdüm ki, elə hər ikisi də insan taleyinə cox ciddi təsir edir. Fərqini də sizdən öyrənmək çox maraqlı olardı.

– Düzdür hər ikisi də insan energetikasına böyük təsir edir, lakin cadu və lənətin əlamətləri oxşar olsa da onları səhv salmaq olmaz. Əgər cadu-dəyənəkdirsə, lənət-tapançadır. Dəyənək dərhal, özü də konkret adama və konkret məqsədə zərbə vurur. Tapança isə ən gözlənilməz anda, ağla gəlməyən adamın əli ilə atəş açaraq səni ömürlük yaralayan və ya öldürə bilər.

– Qarşı tərəfə olunan qarğışın tutma ehtimalı nə qədərdir? 

– Əgər qarğış olunan tərəf hər hansı bir işdə həqiqətən günahkardırsa, lənətin onu tutma ehtimalı 80%-dir. Yox əgər adi bir şeydən ötrü qarğış edirsə, onda təsir minimum olur.

– Qarğışın insan orqanizminin  hər hansı bir konkret bölgəsinə təsiri varmı? Yəni yönləndirilən mənfi enerji hansı nöqtəyə öz təsirini vurur?

– Qarğışın zərbəsi əsasən qurşaqdan yuxarı, ən çoxu da başa dəyir.Ona görə də qəfildən tutma, sancı ağrı duysanız, sanki beyninizin və onurğanızın içi ağrıyır təəccüblənmək əvəzinə sizə tuşlanmış bəd əməlin təsirini aradan qaldırmaq barədə düşünün.

– Bəs qarğış və gözdəymədən necə qorunmaq olar?

– Gözdəymədən (nəzərdən) qorunmaq üçün gerçək göz muncuqlarından, dağdağın ağacından, bitki tikanlarından, at nalından, qaraçörək otunun toxumundan  da istifadə etmək olar. Ona kiçik bir kisə tikin və üstünüzdən asın.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol