İntim mesaj göndərənin kimliyini öyrəndi – şoka düşdü

Türkiyəli müğənni Fulden Urasın başına iş gəlib.

Luxlife.az-ın “Posta”ya istinadən məlumatına görə, ifaçının sosial media hesabına bir nəfər intim məzmunlu mesajlar göndərib. Fulden həmin şəxsi əngəlləsə də, o, başqa ad altında mesajları göndərməyə davam edib.

Bundan əsəbləşən Uras həmin şəxsi təqib etməyə başlayıb. İstifadəçinin hesabını araşdıran sənətçi H.K. adlı adamın tətildə olduğunu və hansı oteldə qaldığını müəyyən edib. Otelə gedən Fulden gözlərinə inanmayıb.

Belə ki, mesajların kişi tərəfindən göndərildiyini zənn edən Urasın qarşısına qadın çıxıb.
Bu barədə polisə şikayət edən müğənni ifadəsində bildirib:

“Bu cür cəsarətli mesajların yalnız kişi tərəfindən göndərildiyini düşünürdüm. Amma qadın olduğunu öyrənincə, şok oldum və heyfsləndim. Həmin şəxsin qısa zaman ərzində cəzalandırılmasını istəyirəm”.

Cinsi mesajları məhkəməyə dəlil olaraq təqdim edən Urasın şikayəti üzrə istintaq başlanılıb.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol