Səbrsiz bəy ehtirasının qurbanı oldu

Toyundan bir saat əvvəl parkda başqa qadını zorlayan kişi ömürlük həbs cəzası alıb.

Luxlife.az Milli.Az-a istinadən bildirir ki, 28 yaşlı Derri Makkan toy günündə yad qadını zorladığına görə tutulub.

Hadisə Londondakı parklardan birində baş verib. O, qadını zorladıqdan bir saat sonra “The Vestry” sarayına gələrək nişanlısı ilə evlənib.

Polis tərəfindən saxlanılan Derri məhkəməyə çıxarılıb. Onun ömürlük azadlıqdan məhrum edilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, bu hadisə onun birinci təcavüzü deyil. Derri həm də oğurluq və daha bir təcavüzdə ittiham olunur.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol