Namazda qəlb hüzuru əldə etməyin yolları

Bizim namazdakı halımız gündəlik əməl və daxili hisslərimizdən asılıdır. O zaman ki, gün ərzində Allahı zikr edərək, günahdan qaçarıq, xeyir niyyətlər və işlər edərik, bu zaman namazda qəlb hüzuru əldə edərik.

Luxlife.Az deyerler.org-a istinadən bildirir ki, ancaq əks halda mənfi təsirlərlə rastlaşarıq. Bəs nə edək ki, namazda qəlb hüzurumuz olsun?

– Namazın əvvəlki müstəhəb əməllərinə diqqət etmək. Dəstəmazı mənəviyyatla yerinə yetirmək, azan və iqaməni oxumaq.
– Namaz qılacağın yerin sakit olması və insan cəmiyyətindən uzaq olması mühümdür. Diqqəti yayındıran hər bir vasitədən uzaq olmaq.
– Münasib vaxt seçmək, yaxşı olar ki, namazın əvvəl vaxtı olsun.
– Məsciddə camaatla namaz qılmaq.
– Namazda diqqətini toplamaq və dediklərinin mənasına nəzər salmaq.
– Qiyam halında möhürə baxmaq.
– Qəlbi dünya sevgisindən boşaltmaq və Allah eşqi ilə doldurmaq. Bunu namaza başlamazdan əvvəl etmək lazımdır. Allaha olan eşqimizi yadımıza salaq və Ona nə qədər bağlı olduğumuzu özümüzə xatırladaq. Bir anlıq dünya işlərini kənara qoymağa çalışaq. Sanki ətrafımıza qırmızı bir dairə çəkirik ki, ora heç bir şeyin daxil olmasına imkan vermirik. Biz oluruq və Allahımız olur.
– Xəyal qüvvəmizi zəbt etməyi öyrənməliyik. Xəyal bir budaqdan başqasına hoppanan quşa bənzəyir. Ona görə də insan namazda zehninə gələn hər bir fikri dayandırmağı bacarmalıdır. Bu fikir zehninə gəldisə, sən onu davam etdirmə və ona stop deməyi öyrən. Əgər davam etdirsən, bir daha qarşısını ala bilməyəcəksən. Bir da görəcəksən ki, namaz sona çatmışdır. Ona görə də fikir zehninə düşən kimi, onu elə olduğu halda saxla və ona diqqət etməməyə səy göstər.
– Allahın qüdrət və heybətini yadına sal və özünün də nə qədər aciz və zəlil olduğunu xatırla.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol