Yataqda sevgilisi əvəzinə arvadını gördü

Türkiyənin Kilis vilayətində yaşayan iş adamı gizlicə kirayə tutduğu evə suriyalı qaçqın olan sevgilisini yerləşdirib.

Arvadı bundan xəbər tutunca, həmin mənzilə yollanıb, yatağa uzanıb.

Kişi də evə gəlib, yataq otağına keçib və yorğanı qaldırıb arvadını görəndə huşunu itirib.

Milli.Az AHT-yə istinadən bildirir ki, 49 yaşlı iş adamı, 3 övlad atası A.U. suriyalı qaçqın Ayşa A. üçün mənzil kirayələmişdi və həmin mənzilə tez-tez yollanaraq məşuqəsi ilə görüşürdü.

17 illik ərinin davranışlarından şübhələnən İ.U. bir qədər araşdırma aparıb, ərinin məşuqəsinin olduğunu, sonra da kirayə mənzilin ünvanını rəfiqələrindən öyrənib. Ərinin növbəti dəfə “evə gec gələcəyəm, işim çoxdur” dediyi gün qadın kirayə mənzilə yollanıb.

Suriyalı Ayşaya “zina edirsən, polisə şikayətlənəcəyəm” deyərək onu qorxudub, mənzilə keçərək ərini gözləməyə başlayıb.

Xəyanətkar ər gəlib, məşuqəsi ilə söhbətə başlayıb. İ.A. da gizləndiyi yerdə söhbəti dinləyib.

İş adamı hamama gedəndə İ.A. suriyalı məşuqəni yataqdan çıxarıb, onun yerinə uzanıb.

Hamamdan qayıdan ər də yorğanı qaldıranda arvadını görüb, huşunu itirib.

Dili tutulan A.U. indi psixiatrik müalicə kursu keçir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol