Valideynini itirən İntiqam və Ehtiram kövrəldi: “Atam yatdı ayılmadı”

Meyxanaçı İntiqam və Ehtiram qardaşları atasından sonra, anasını da itirib.

Luxlife.az-ın məlumatına görə, qardaşlar “Xəzər maqazin”ə açıqlamasında ağır günlər keçirdiklərini deyiblər:

“Milyonun varsa, əgər anan yoxdursa, dünyanın ən kasıb adamısan. Anamı da itirəndən sonra hər şey pis oldu. Valideyn itkisi pisdir. Bağa gələndə atam hər zaman bizi qarşılayardı. Bir yerdə domino oynayırdıq. İtki hisslərini Allah heç kimə yaşatmasın. Atam yatdı ayılmadı. Səhər yuxudan oyananda ilk anamızı yığırdıq”.

Qardaşlar bir-iki ildən sonra sənətdən gedəcəklərini açıqlayıblar:

“Üzü sulu getmək lazımdır. Bu sənətdə Ağasəlim qədər qala bilmərik. Onun kimi 60 il meyxana deyə bilmərik”.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol