Dövlət maşınları satışa çıxarılır – QAZ-13 28 minə, ZİL 750 manata (QİYMƏTLƏR)

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub.

Luxlife.az-ın məlumatına görə, hərracda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.

6-cı sətirdə Azərbaycan Respublikası Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

7-9-cu sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

10-cu sətirdə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

Qeyd: Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol