Bu gündən pərdə mövsümü başlayır – sürücülərin nəzərinə

Bu gündən etibarən avtomobillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar. Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq. Ancaq şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.

Luxlife.az Xezerxeber-ə istinadən məlumat verir ki, artıq bazarda jalüz və pərdələrə təlabat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir.

Satıcıların sözlərinə görə, ötən illə müqayisədə pərdə və jalüzlərin qiymətində artım müşahidə olunur.

Avtomobillərə plyonkaların vurulması isə qadağandır. Nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə isə sürücülər 150 manat miqdarında cərimə olunacaqlar. AZS Standartına əsasən avtomobilin ön şüşəsinin şəffaflığı minimum 75 faiz, qabaq yan şüşələr 70 faiz, arxa yan şüşələr isə 60 faiz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol