Bakıda 15 min manata bağ evi kirayə verilir

Bağ evlərinin kirayəsi üçün artıq müraciətlər başlayıb. Ucuzu 500 manatdan başlayan belə evlərin ən bahalıları isə 15 min manata kirayə verilir. Ən bahalı və ən ucuz bağ evlərinin tapıla biləcəyi yerlər də artıq bəllidir. Ancaq bu il bağ evləri üçün müraciət edənlər arasında ərəb turistlərin olması da diqqət çəkir. Havaların isinməsi ilə bağ evlərinin kirayəsi mövsümü də başlayır.

Luxlife.az xəbər verir ki, artıq dənizkənarı ərazilərdə bağ evlərinin sahibləri həyəti və evləri hazır vəziyyətə gətirib kirayə vermək üçün hazırdırlar. Rieltorlar Assosiasiyasının prezidenti Vəfadar Axundovun sözlərinə görə bağ evləri adətən 3 aylıq verilir. Bu müddətdən az bağ evi kirayə verənlər isə adətən daha baha qiymətə olan bağ evlərinin sahibləridir. Bağ evlərinin kirayə haqqları isə kifayət qədər yüksəkdir.

Ən ucuz bağ evlərinin olduğu yerlər də artıq bəllidir. Bu əsasən bağ evlərinin daha çox olduğu yerlərdir.

Ən bahalı bağ evləri isə Mərdəkan, Bilgəh, Buzovna ərazilərindədir. Burda ən ucuz bağ evləri demək olar ki, 1500-2000 manatdan başlayır. Bahalı bağ evlərində qalmaq istəyənlər isə əsasən xaricdə yaşayan Azərbaycanlılardır. Ancaq bu il bağ evləri üçün müraciət edənlər arasında ərəb turistlərin olması da diqqət çəkir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol