Bakıda gəlini şadlıq evinə apararkən öldüyü deyilən bəylə bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyi bu gün paytaxtda liftin qırılması nəticəsində yaşanan hadisə ilə bağlı rəsmi məlumat yayıb.

Luxlife.az FHN-in sayına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 11 nəfərin liftdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıblar.

Əməliyyat saat 19:24-də başa çatıb.

Sakinlər bəyin ölməsi haqda xəbər versələr də, məlum olub ki, o, FHN əməkdaşları tərəfindən xilas edilib. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yayılan məlumatda bildirilirdi ki, paytaxtda “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binalarından birində lift qırılıb. Sakinlərin bildirdiyinə görə, hadisə nəticəsində nişanlısını şadlıq evinə aparmaq üçün gələn bəy dünyasını dəyişib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol