Dünənin uşağına cavab vermək mənə gülünc gəlir

Ülvira Qarayeva: “Mənimlə bir statusda ola bilməzsən. Kimin bostanına daş atırsan? Axı sənin buna boyun yetməz”

 Hər sahədə olduğu kimi, teleaparıcılar arasında da qısqanclıqlar, rəqabət və təbii ki, paxıllıq olur. Bu dəfə iki teleaparıcı arasında yaşananlar müzakirələrə səbəb olub.

ARB TV-nin yayımı dayandırılmış “Ferma” verilişinin aparıcıları Ülvira Qarayeva və Yeganə Cansail arasında qalmaqal yaşanıb. Aparıcılar feysbukda biri-birlərinin ünvanına sərt sözlər yazıblar.
Y.Cansail ad çəkmədən Ü.Qarayevaya ismarıc göndərib:
“Artıq səbrim tükənir. Gəmidə oturub gəmiçiylə dava edənlər olmaya da. Bir də öz yerini bilməyənlər çox təhlükəlidirlər. 3 ildir “Ferma” yayımlanırdı, gül kimi də veriliş aparırdım, sonradan gəlib özünü şah kimi aparan o insanın ayağı düşmədi, hazır məhsulu da heç elədi, veriliş bağlandı. Amma ruhdan düşmək olmaz, daha böyük uğurlar bizi gözləyir. Ünvanlı”. Daha sonra aparıcı Ü.Qarayeva da öz səhifəsində ismarıca sərt cavab verib: “Bu insana nə deyəsən, üzümə gülüb, feysbukda əjdahaya dönür. Gül kimi təzə layihəyə start veririk, ağzından süd iyi gələn “colma-çocuq” diqqət yayındırmağa çalışır. İddiası başından böyük qız, boş-boş şeylərlə məşğul olmaq yerinə, iş ortaya qoymağa çalış”. 
 
Ülvira Qarayeva “Şərq”ə açıqlamasında qalmaqala bir daha aydınlıq gətirib: “Əslində bu barədə danışmaq mənə gülünc gəlir. O kim, mən kim? Dünənin uşağıdı. Mənimlə onun arasında nə ola bilər ki? Mənim televiziyadakı mövqeyimlə o xanımın mövqeyi də eyni dərəcə deyil ki, paylaşacağımız nəsə olsun. Mən dünənin uşağına nə cavab verim ki? Görünür, xanım mənim sahəmdə gündəmə gəlməyə çalışır. Bu da onun üçün bir piardı. Bir yerdə qısa müddət veriliş apardıq. O məndən əvvəl verilişin aparıcısı idi. Sonra layihəyə məni dəvət etdilər. O da elə-belə orda idi də. Görünür, bu ona təsir edib. Veriliş müddətində də aramızda heç bir insident, söz-söhbət yaşanmayıb. Hələ də gülməli gəlir ki, məsələni niyə belə gülünc duruma gətirib. Sən öz yaşıdınla, sənin kimi dünənin uşaqları ilə söz-söhbət apar. Mən sənin tayın deyiləm axı. Məni tanıyanlar bilir ki, aqressiv biri də deyiləm. Bir də mən özümə hörmət etməyi bacaran biriyəm. Səninlə mənim verilişin gedişatında belə heç bir söz-söhbətim ola bilməzdi. Çünki mən uşaqlarla mübahisə, konflikt aparacaq səviyyədə biri deyiləm. Görünür, uşaqdı, qalmaqal istəyib, gündəm üçün də Ülvira hədəf seçilib. Sadəcə, hədəfi də elə seçmək lazımdı ki, boyunu aşmasın. Mənimlə bir statusda ola bilməzsən. Kimin bostanına daş atırsan? Axı sənin buna boyun yetməz”.
Luxlife.az
Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol