Sevda Yahyayeva: “Sevirdim, amma bitdi…”

 

“ATV maqazin onlarla” verilişinin “Gəlmələr” rubrikasının qonağı müğənni Sevda Yahyayeva olub.

LuxLife.Az-ın məlumatına görə, sənətçi ailəsindən danışıb.

O bildirib ki, 17 ildir atasını itirib:

“Məndən dörd yaş balaca qardaşım var. Ailəlidir, bir oğlu da var. Mən yox, qardaşım dəcəl olub. Hətta bir dəfə balaca vaxtı dayım qızını tavaya qoyub bişirib. Atam hərbiçi olub, xəstəlikdən dünyasını dəyişib. Bu haqda danışmaq mənim üçün ağırdır. Məktəbdə oxuyanda evimizdə bircə anam işləyirdi. Anam çörək satırdı. Gedib onun yerinə çalışırdım ki, gəlib evdə bir az dincəlsin”.

Şəxsi həyatından danışan S.Yahyayeva tez-tez evlilik təklifi aldığını söyləyib:

“Ailəmi, dostlarımı sevirəm. Amma şəxsi həyatda sevdiyim insan yoxdur. Mənim də həyatımda adam olub, sevmişəm və bitib. Hamı soruşur ki, nə vaxt ailə qurursan? Bu Allahın qismətidir, nə vaxt yazıbsa, onda da olacaq. Mənə də evlilik təklifi edənlər var. Mən ailəyə ciddi baxıram. Əsl ailə qurmaq necədirsə, elə istəyirəm.Ailə qurmaq xatirinə bunu etmərəm. Buna qalsa, çoxdan ərə getmişdim. Qarşımdakı insan da mənim kimi ciddi yanaşsa, onda ailə quracam. Hiss edirəm ki, artıq buna hazıram”.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol