Bakı Əyləncə Mərkəzi sökülür

Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) yaxın günlərdə söküləcək.

LuxLife.Az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Məlumata görə, xəbərdarlığa heç bir cavab verilməyib, buna görə də ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.

Məlum olduğu kimi, əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.

BƏM-in baş administratoru faktı Lent.az-a təsdiqləyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Meriya eyni zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki, fəaliyyətini davam etdirir.

LuxLife.Az

Bakının məşhur istirahət mərkəzlərindən olan Bakı Əyləncə Mərkəzi (BƏM) yaxın günlərdə söküləcək.

Axşam.az BakiPost.az-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən obyekt sahibinə xəbərdarlıq göndərilib. Xəbərdarlıqda qeyd olunub ki, sökülmə barədə məhkəmə qərarı var, BƏM yaxın günlər ərzində boşaldılmalıdır.

Məlumata görə, xəbərdarlığa heç bir cavab verilməyib, buna görə də ötən şənbə günü BŞİH-nin başçısı Hacıbala Abutalıbov şəxsən BƏM-ə gedərək, söküntü işlərinin başladılmasına göstəriş verib. Hətta əraziyə bir neçə ekskavatorun aparıldığı da bildirilir. Bu, əvvəlcə obyektdə çalışanlarla icra nümayəndələri arasında gərginliyə səbəb olub. Lakin sonradan ara sakitləşib və BƏM-i işlədən şəxslər bir həftəlik möhlət istəyiblər.
 
Məlum olduğu kimi, əyləncə mərkəzi Rusiyada yaşayan iş adamı, milyarder İsgəndər Xəlilova məxsusdur.

BƏM-in baş administratoru faktı Lent.az-a təsdiqləyib. O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti əyləncə mərkəzinin söküləcəyi və yerində yeni infrastruktur yaradılacağı ilə bağlı BƏM rəhbərliyinə layihə təqdim edib. Meriya eyni zamanda BƏM-in də tezliklə sökülməsini qurum rəhbərliyindən tələb edib. Lakin baş administrator onu da əlavə edib ki, əyləncə mərkəzinin rəhbərliyi müvafiq instansiyalarla danışıb və söküntü ilə bağlı qərarı dayandırıb. Obyekt hələ ki, fəaliyyətini davam etdirir.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol