Ata qızını azərbaycanlı modellə evləndirmək üçün evlilik verilişinə gətirdi

Türkiyədə Star televiziyasında yayımlanan “Zuhal Topalla izdivaç” verilişində maraqlı anlar yaşanıb.

Luxlife.az  xəbər verir ki, ata öz qızını azərbaycanlı model Əli Əkbərlə evlənmək üçün studiyaya gətirib. Özünündə 3 il əvvəl evlilik proqramlarından birində ailə həyatı qurduğunu söyləyən ata Əlini çox bəyəndiyini bildirib. Elə bu səbəblə də qızını studiyaya gətirib. Əlinin qızla uzaqdan-uzağa baxışması studiyada oturan tamaşaçıların gözündən qaçmayıb. Bu haqda verilişin aparıcısı Zuhal Topala bildirən tamaşaçılar Əlinin qızı çox bəyəndiyini söyləyiblər. Sonda Əli qızın atasının gözləri qarşısında Melisanın əlindən tutaraq kürsüyə aparıb. Əlinin bu hərəkəti hər kəsi təəccübləndirib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol