Azərbaycanın milli münsiflər heyətinin tərkibi bəlli oldu

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsi 2017 üçün Azərbaycanın milli münsiflər heyətinin tərkibi açıqlanıb.

Luxlife.az – ın məlumatına görə, bu barədə məlumat müsabiqənin rəsmi saytında dərc edilib. Azərbaycan milli münsiflər heyətinin tərkibi: Afaq Məlikova (məşhur Azərbaycan rəqqasəsi, Azərbaycan SSR-in Xalq Artisti, bədii rəhbər) Aleksandr Şarovski (aktyor) Anar Sadıxov (akkordeonist, aranjimançı) Sevda Ələkbərzadə (müğənni, bəstəkar) Anar Hüseynov (musiqiçi) Qeyd edək ki, münsiflər heyətinin səsləri ümümi səsvermədə 50% paya sahibdir. Müsabiqədəki 10-cu ilimizdə Dihaj, musiqisi Isa Məlikova, sözləri Sandra Bjurmana məxsus “Skeletons” adlı mahnı ilə may ayının 9-da keçirləcək birinci yarımfinalda 8-ci nömrə altında səhnəyə çıxacaq.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol