Ebru Gündeş əməliyyat olundu

Şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirildi.

Türkiyəli məşhur müğənni Ebru Gündeş əməliyyat olunub.

Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, çərşənbə günü “O Səs Türkiyə”nin çəkilişlərini çətinliklə tamamlayaraq şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilən Gündeşə appendisit diaqnozu qoyulub.

Təcili əməliyyat olunan müğənni dünən xəstəxanadan evə yazılıb. Hazırda səhhətinin yaxşı olduğu deyilən ifaçı bir müddət evində istirahət edəcək.

Ebru Gündeşin şənbə günü “Kipr Rocks Otel”də verəcəyi konserti isə bu səbəbdən ləğv edilib. Onun yerinə həmkarı Nilüfer səhnəyə çıxacaq.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol