Masajın faydaları

Masaj yorğunluğunu atmaq istəyən hər kəsin ağlına gələn ilk alternativdir. Böyüklərlə yanaşı, uşaqlarda da masaj çox gözəl effekt verir.

Orqanizmdə 400-dən çox əzələ var, onların hər birinin damar və sinir təchizatı mövcuddur. Ona görə də əzələlərin qısalması, ifliclər zamanı masaj mütləqdir. Mütəmadi olaraq boğazın masajı infarkt, insult, hipertoniya kimi xəstəliklərin yaranması riskini azaldır. Əzələlərin masajı zamanı beyinə sakitləşdirici impulslar ötürülür və bu, arterial təzyiqi aşağı salır. Masaj immunitet sistemini gücləndirir, qan dövranını tənzimləyir, metabolizmi sürətləndirir, həzm və ifrazat sistemini yaxşılaşdırır, yağ yandırılmasını sürətləndirir, şiş ölçüsünü azaldır, əzələləri boşaldır, yuxu rejimini yaxşlaşdırır, stress və yorğunluğu aradan qaldırır, insanı sakitləşdirir.

LuxLife.Az

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol