Aysel İnstaqramdan getdi – atası işdən çıxarılandan sonra

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl qızı Aysel Şükürovanın dəbdəbəli toyu ilə gündəmə gələn Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov işdən qovulub.

Luxlife.az-ın məlumatına görə, atasının işdən çıxarılma xəbəri yayılandan sonra Aysel sosial şəbəkədəki bütün profillərini bağlayıb.

Oktay adlı oğlanla ailə quran Ayselin İnstaqram səhifəsində 500 minə yaxın izləyicisi var idi.

Qeyd edək ki, Qüdrət Şükürovun qızı üçün toy edərək 400 min xərclədiyi deyilirdi. Aysel və Oktay cütlüyü sosial şəbəkədəki dəbdəbəli həyatları ilə gündəmə gəlib.

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol