Fərəcovun oğlu 200 minlik maşınla qızı öldürdü – Foto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Luxlife.az Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

“Neftçilər” metrostansiyası istiqamətinə gələn yolda avtomobil Xəyalə Məmmədovanı vurub və hadisə yerindən qaçıb. Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılan qadın orada ölüb. Araşdırmalarla müəyyən edilib ki, qəzanı törədən avtomobili Fərəcli Ağaəli Füzuli oğlu idarə edirmiş.

Lent.az 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porşe Cayenne Magnum” markalı avtomobillə törətdiyini yazıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

 

3944e04b1b032dddd73c598842696ff6.jpg

Загрузка...

Bu xəbərə şərh yaz

  Abunə ol  
Xəbərdar ol